Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 216.430 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Azərbaycan ənənəvi evləriAzərbaycandaazərbaycanlıların mədəniyyətində tarixən, ənənəvi üsulların istifadə edilməsi ilə tikilən evlər. Azərbaycan xalq yaşayış evləri əhalinin həyat tərzinə (oturaq, köçəri-elat), tikinti materialları və texnikaya (kərpic, qarğı, daş, ağac), dam örtüyünün şəklinə (pilləli, yastı, balıqbeli, çatmadam), evlərin səthə görə yerləşməsinə (batıq, yerüstü), plan quruluşuna (kəllayı, qoşa kəllayı, cərgəvi, dairəvi) görə təsnif edilir.

Azərbaycanda qazma və ya pəyə, qaradam, möhrə tipli, salyani evlər və s. tikilirdi. XIX əsrin sonlarından etibarən daha mürəkkəb ev tipləri ortaya çıxmışdır. Belə evlər "işıqlı ev", "ağ otaq", "tənəbi ev", "aynabəndli ev", "imarət", "malikanə", "mülk", "qəsr" kimi adlarla bilinir, varlılar tərəfindən tikilirdi. Azərbaycanda yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Ayxan AbbasovAzərbaycan futbol baş məşqçisi, yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu. O, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı" klubunun və Azərbaycan milli futbol komandasının, eləcə də U-21 yığmasının baş məşqçisidir. Futbolçu karyerasına gənc yaşlarından başlayan Abbasov həm ölkə çempionatlarında, həm də Avropa turnirlərində müxtəlif komandaların heyətində iştirak etmişdir.

Abbasovun futbol ilə tanışlığı orta məktəb illərinə təsadüf edir və onun ilk məşqçisi Boris Tibilov olmuşdur. Gənc yaşlarından Azərbaycan aşağı yaş və gənclər milli komandalarına dəvət almış, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra hərbi xidmətini "MOİK Bakı"da keçmişdir. Peşəkar karyerasına doğulduğu Buzovnanın "Xəzri" klubunda başlamış, burada 16 yaşında əsas komandaya çağırılmışdır. (Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Afrikadakı ümumdünya irsi obyektlərinin siyahısıBirləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren dövlətdə yerləşir. Dövlətlər arasında siyahıya daxil olmuş obyekt sayına görə Cənubi Afrika Respublikası on obyekt ilə liderdir. Ardınca doqquz obyektin yerləşdiyi EfiopiyaMərakeş, daha sonra səkkiz obyekt ilə Tunis və yeddi obyekt ilə Əlcəzair, Misir, Keniya, SeneqalTanzaniya gəlir. Siyahıya daxil olan on ölkənin hər birində yalnız bir obyekt var. Dörd obyekt iki ölkə arasında paylaşılır: Maloti-Drakensberq parkı (LesotoCənubi Afrika), Nimba dağı Təbiət Qoruğu (Kot d'İvuarQvineya), Seneqambiya daş çevrələri (QambiyaSeneqal) və Viktoriya şəlaləsi (ZambiyaZimbabve). Sanqa meşəsi (Mərkəzi Afrika Respublikası, KamerunKonqo) və V-Arli-Pencari kompleksi (Benin, Burkina FasoNiger) isə üç ölkə arasında bölüşdürülür.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli