Məzmuna keç

GPass

Vikipediya, azad ensiklopediya

GPass (tam adı: Global Pass) – internet senzura əleyhinə proqramdır, "SOCKS" tunnellərindən istifadə etməklə internetdə məlumat əldə edərkən istifadəçilərin kimliyini qoruyur və işlədilən ərazidə adi halda bloklanmış məzmuna giriş əldə etməyə imkan yaradır. "GPass"-in quraşdırılması kifayət qədər asandır, onu sadəcə endirmək tələb olunur. GPass-ın istifadəsi pulsuzdur.[1]

Skype və GPass

[redaktə | vikimətni redaktə et]

GPass həmçinin ani mesajlaşma və İP üzərindən zəng etmə proqramı Skype-dan istifadə zamanı daha geniş tətbiq olunur. Belə ki, daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər tərəfindən müzakirə olunduğundan Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.[2]

  1. ↑ "Gpass – Global Pass". 12 iyun 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2021.
  2. ↑ ""Gpass" "Skype"-la necə istifadə olunur?". 19 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2011.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]